Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:13

Avropa Birliyi Belarusa qarşı sanksiyaları 1 il uzatdı


 Alyaksandr Lukashenka və Benita Ferrero-Waldner

Alyaksandr Lukashenka və Benita Ferrero-Waldner

Avropa Birliyi Belarusa qarşı sanksiyaları daha 12 ay uzadıb.Birliyin yaydığı bəyanatda ölkədə siyasi motivli həbslər və insan haqlarının pozulmaqda davam eləməsi, demokratiya və məhkəmə sistemi sahəsində islahat aparılmaması pislənilir.

Rəsmi Minskin noyabrın sonunda Avropa Birliyinin Vilnüsdə keçiriləcək sammitinə nümayəndə heyəti göndərəcəyi gözlənilir.Bu sammitdə 6 keçmiş Sovet respublikasının Avropa Birliyinə yaxınlaşması məsələsi müzakirə olunacaq.Belarus Avropa Şərq Tərəfdaçlığı proqramının iştirakçılarından biridir.

Qeyd edək ki, Avropa Birliyi 2010-cu ilin prezident seçkisindən sonra bir sıra Belarus məmurlarının Avropa Birliyi ölkələrinə girişini qadağan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG