Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:28
-
Kürdəmirin Pirili kəndinin sakinləri 12 kilometrlik yolun, daha doğrusu, bu yolu düzəltməli olan yerli qurumların əlində əsir-yesir qalıblar.

Kənd sakini Əmralı Mütəllimov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, rayonla kəndi birləşdirən yol bərbad vəziyyətdədir. Yağış yağanda, qar yerə qoyanda Piriliyə gediş-gəliş iflic vəziyyətə düşür:

«Prezidentin sərəncamı var ki, bütün rayon, kənd yolları təmir-bərpa olunsun. Ancaq bu sərəncam, deyəsən, hələ də Kürdəmirə gəlib çıxmayıb. Yayda birtəhər keçinmək olar. Ancaq qış gələndə yollar keçilməz olur. Yağış yağanda 10-12 dəqiqəlik yolu ən azı saat yarıma gedirik. Bəzən xəstəni rayon mərkəzindəki xəstəxanaya çatdıra bilmirik, yolda keçinir. Hamilələr elə yolda doğur».

ƏVVƏL DƏ SÖZ VERMİŞDİLƏR...

Pirili sakini deyir ki, 600-dən çox ailənin yaşadığı kəndin saysız-hesabsız problemlərindən danışa bilər. Ancaq o, yol problemini bunlardan ən vacibi hesab edir. Onun dediyinə görə, kəndin problemlərinin həllinə birbaşa aidiyyəti olan bəzi məmurlar elə bu kənddən çıxıblar, ancaq bir işə yaramırlar.

Müsahibim yol probleminin kəndlilərin iqtisadi durumuna vurduğu zərərdən də danışır:

«Hamı bilir ki, bu kənddə yaşayanlar maldarlıqla, əkinçiliklə dolanır. Ancaq yol bərbaddır deyə, heç bir müştəri bu kəndə gəlmək istəmir».

Kürdəmir rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayonda yol çəkilişi regionların iqtisadi inkişafı proqramına uyğun və növbəli şəkildə aparılır. Rayon mərkəzi ilə Pirlini birləşdirən yolda bir qədər əvvəl müvəqqəti təmir işləri aparılıb. Növbəti il yol kökündən təmir-bərpa olunacaq.

Pirili sakini Əmralı Mütəllimov isə deyir ki, bu vəddən ildə bir dəfə eşidirlər:

«Əvvəl də söz vermişdilər. Gətirib yolun başlanğıcına bir-iki maşın qırabil töküb getdilər».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG