Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:00

İsrail 26 fələstinli məhbusu azad edib


.
İsrail Fələstinlə sülh danışıqlarının yenidən başlaması üçün daha 26 fələstinli məhbusu azad edib.
Bundan əvvəl də 26 nəfər azad olunmuşdu.
Fələstinlilər məhbusları milli qəhrəman kimi qarşılayıb.
Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas iki ay sonra 26 nəfərdən ibarət daha bir qrup məhbusun da azad olunacağını bildirib.
İsrail və Fələstin rəhbərləri 3 illik fasilədən sonra avqust ayında Qüdsdə görüşmüşdü.
İsrail ümumilikdə 104 fələstinli məhbusu azad edəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG