Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:55
.
«Dənizin 65 metrə altından keçən dəmiryolu. Asiya və Avropa qitələrini dənizin altından birləşdirən ilk yol. Pekinlə Londonu bir-birinə bağlayan dəmiryolu. Mühəndislik və texnologiya möcüzəsi. Sürətli, rahat, etibarlı. İki qitəni 4 dəqiqəyə birləşdirən, gündə 1 milyon sərnişin daşıyan – Marmaray».
Türkiyədə bu layihə belə təqdim olunur.
Türkiyədə Əsrin layihəsi adlanan Marmaray layihəsi oktyabrın 29-dan İstanbulda işə düşüb. Asiya və Avropa arasında dənizin altından keçən dəmiryolu xətti 150 illik xəyalı gerçəkləşdirib.
Layihənin açılışında çıxış edən Türkiyə prezidenti Abdullah Gül deyib ki, Marmaray ideyası 153 il əvvəl xəyal edilirmiş. Layihə Türkiyə Respublikasının 90-cı ilində açılmaqla hökumətin xalqa olan böyük hədiyyəsidir.
«Marmaray layihəsi sadəcə İstanbul üçün yox, dünya üçün əhəmiyyətli bir layihədir», Gül bildirib.
Türkiyənin baş naziri Receb Tayyip Erdoğan deyib ki, bu layihə daha sonra Tokyo, Pekin, London və İstanbulu birləşdirəcək.
Layihə 5 milyard dollara başa gəlib. Gediş haqqı 1,95 lirədir. (74 qəpik)
Dəmiryolu 15 gün pulsuz işləyəcək.
İstanbulun Avropa və Asiya hissələrini birləşdirən tunelin uzunluğu 13 km 600 metrdir. Onun təxminən 1 500 metri Bosforun altından keçir.
Bu Recep Tayyip Erdogan hökumətinin həyata keçirdiyi ən iri layihələrdən biridir.
Rəsmilər Maramaray layihəsinin İstanbuldakı nəqliyyat tıxacını xeyli aradan qaldıracağını bildirir.

HÜRRİYƏT QƏZETİ LAYİHƏNİN NECƏ HAZIRLANMASI HAQDA VİDEO YAYIB:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG