Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:58

4 dindarın barəsində cinayət işi qaldırılıb


.
Bakı şəhər Baş Polis İdarəsi oktyabrın 28-də Sabunçu Rayon Məhkəməsində ilahiyyatçı Tale Bağırovun məhkəmə prosesi zamanı baş verənlər barədə məlumat yayıb.
Məlumatda deylir ki, Sabunçu Rayon Məhkəməsində Tale Bağırovun işi üzrə keçirilən məhkəmə prosesində məhkəməyə gəlmiş vətəndaşlarla hüquq mühafizə orqanları əməkdaşları arasında insident yaşanıb.
“Həmin vətəndaşlar məhkəmə zalında ictimai asayişi kobud şəkildə pozan hərəkətlər edərək məhkəmənin işini pozmağa cəhd ediblər. Onlar hüquq- mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq məhkəmənin həyətində bu hərəkətləri davam etdirib. Hətta hərəkət intensivliyi olan küçədə avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Həmin şəxslər hüquq- mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib və dörd nəfərə xəsarət yetiriblər. Hüquqazidd əməllərin fəal iştirakçıları polis tərəfindən saxlanılıb və dörd nəfərin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.
Məlumatda deyilir ki, saxlananlardan Şəhriyar Abbasov, Abbas Hüseynov və Sənan Əsgərov bundan əvvəl məhkum olunub.
VƏKİL: DİNDARLAR POLİS MÜQAVİMƏT GÖSTƏRMƏYİB

Oktyabrın 28-də ilahiyyatçı Taleh Bağırovun məhkəmə prosesi zamanı saxlanılan 4 dindarın barəsində 315.2 maddə (güc tətbiq etməklə polisə müqavimət) ilə cinayət işi qaldırılıb.
Bu haqda Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.
Vəkil Cavad Cavadov AzadlıqRadiosuna deyib ki, saxlanılan dindarlar polisə heç bir müqavimət göstərməyiblər. Polis onlarla amansız rəftar edib.
Vəkil deyir ki, dindarlar məhkəməyə prosesi müşahidə etməyə gəlibmişlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG