Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:21

Elnarə Tofiqqızının ölümünün səbəbi ilə bağlı yekun rəy açıqlandı


Elnarə Tofiqqızı

Elnarə Tofiqqızı

-
Azərbaycan Səhiyyə Nazirliyinin Birləşmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı yekun rəyini verib. (Trend)

Rəyə görə, onun ölüm səbəbi kəskin nəfəs çatışmazlığı olub. Yekun rəy məhkəmə tibbi ekspertizasına təqdim olunub. Burda ölkənin əsas ekspertləri tərəfindən mərhumun tibbi sənədləri, əvvəlki xəstəlikləri, ölümünün son xəstəliyi ilə əlaqəsi araşdırılacaq.

Elnarə Tofiqqızının həyat yoldaşı jurnalist Anar Mahmudoğlu AzadlıqRadiosuna verdiyi açıqlamasında ekspertizanın yekun qərarını ədalətli hesab etdiyini bildirib. O deyib ki:

«Ölümün səbəbi kimi göstərilmiş nəfəs çatışmazlığı burda həkimlərin birbaşa günahkar olduğunu sübut etdi. Ekspertiza sentyabrın 21-də verdiyi ilkin rəyini təsdiqlədi, indi rəylər tibbi komissiyaya təqdim olunub, tibbi komissiya bu hadisədə hansı həkimin məsuliyyətsizliyinin nə dərəcədə olduğunu müəyyən edəcək. Güman edirəm ki, komissiyanın işində ədalətsizlik olmayacaq, ədalətsizlik olsa, orda toplaşmış komissiya üzvlərinin hər biri bu cinayətə ortaq olacaqlar. Hesab edirəm ki, tibbi komissiya verəcəyi qərarında, cərrahiyyə əməliyyatına ehtiyac olmadan həkimlərin əməliyyata qərar verməsini və narkoza ehtiyac olmadan narkoz vermələrini əks etdirəcək. Ümumiyyətlə, mən bundan sonrakı həyatımda həkim terroruna qarşı mübarizə aparacam».

Daha sonra Anar Mahmudoğlu haqqında bəhs olunan əməliyyatda iştirak etmiş həkimlərin hələ də əvvəlki işlərinə davam etdiklərini vurğulayıb. Halbuki istintaq gedən vaxtı həkimlərin fəaliyyəti məhdudlaşdırılmalı və əməliyyatlara buraxılmamalıydılar. O, prezidentə, baş prokurora və səhiyyə nazirinə müraciət etsə də, heç bir nəticə ala bilməyib.

Elnarə Tofiqqızı sentyabrın 20-də Bakıdakı «MediSina» Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı keçinib. Tənqidçinin ölümü ilə bağlı cinayət işi başlanıb. Nəsimi Rayon Prokurorluğu işi Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə araşdırır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG