Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:31

ATƏT-in Bakı ofisi barədə memorandum imzalanacaq


Foto arxiv
Foto arxiv
ATƏT Azərbaycan hakimiyyəti ilə təşkilatın Bakı ofisinin yeni statusda – layihə koordinatoru kimi fəaliyyət göstərməsinin detallarını müzakirə edir.İlin sonunadək tərəflər arasında qarşılıqlı anlaşma Memorandumu imzalamaq nəzərdə tutulur.

Bu barədə APA-ya ATƏT-in mətbuat xidmətindən məlumat verilib.Məlumatda bildirilir ki, ATƏT Daimi Şurasının bundan əvvəl qəbul etdiyi qərara əsasən Bakı ofisi yeni statusda – layihə koordinatoru qismində aşağıdakı vəzifələri yerinə yetirəcək:
“ATƏT və onun institutları ilə Azərbaycan hökuməti arasında əməkdaşlığa dəstək verilməsi; ATƏT-in təhlükəsizlik konsepsiyasının bütün istiqamətləri üzrə layihələrin planlaşdırılması və həyata keçirilməsi; Azərbaycan hökuməti, yerli idarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə əlaqələrin təmin edilməsi.

ATƏT-in Azərbaycan üzrə layihə koordinatorluğuna koordinator rəhbərlik edəcək və o, digər əməkdaşlarla birlikdə Bakıda fəaliyyət göstərəcək.

Xatırladaq ki, Azərbaycan hökuməti ilin əvvəlində ATƏT-ə müraciət edərək Bakıdakı ofisin statusunun layihə koordinatoru səviyyəsinə endirilməsini istəyib.İyulun əvvəlində ATƏT Daimi Şurası bu barədə müvafiq qərar qəbul edib. 2014-cü il yanvarın 1-dən ATƏT-in Bakı ofisi layihə koordinatoru kimi fəaliyyət göstərəcək.
XS
SM
MD
LG