Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:35
.
Oktyabrın 29-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Maddi mədəniyyət abidələrinin bərpası, konservasiyası və mühafizəsi problemləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
Muzeydən AzadlıqRadiosuna verilən məlumata görə, konfransda “Maddi mədəniyyət abidələrinin bərpası, konservasiyası və mühafizəsi sahəsində milli və beynəlxalq təcrübə”, “Maddi mədəniyyət abidələrinin bərpası, konservasiyası və mühafizəsi sahəsində tədqiqat işi” və “Maddi mədəniyyət abidələrinin bərpası, konservasiyası və mühafizəsi təcrübəsi və metodologiyası” mövzusunda müzakirələr nəzərdə tutulub.
Konfransda ABŞ-dan, Almaniyadan, Rusiyadan, Türkiyədən, Misirdən, Ukraynadan, Türkmənistandan, Özbəkistandan gəmiş mütəxəssislər iştirak edirlər.
Beynəlxalq konfrans 2 gün davam edəcək.
Bu münasibətlə Milli Azərbaycan Tarixi Muzeyində “Mis süfrə qabları” sərgisinin açılışı da olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG