Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:43

Tacikistan Rusiyadan araşdırma aparılmasını tələb edir


Tacikistanın Dövlət Dəmiryol İdarəsi ötən istirahət günləri Rusiyada iki qatarına edilmiş hücumu pisləyib və qarşı tərəfi araşdırma aparmağa, zərərçəkənlərə kompensasiya ödəməyə çağırıb.

Tacikistanın Moskvadakı səfirliyinin rəsmisi Muhammad Egamzodun məlumatına görə, Moskva-Düşənbə və Moskva-Xucand qatarları stansiyalarda dayanarkən onlarla yerli sakin qatarlara hücum çəkib.Məlumatlara görə, hücum zamanı bir neçə Tacikistan vətəndaşı xəsarət alıb, bir neçə vaqona ziyan dəyib.

Son zamanlar Rusiyada əslən Asiya və Qafqazdan olanlara qarşı hücumların artdığı müşahidə olunur. Bu hücumları əsasən millətçi qüvvələr törədir.
XS
SM
MD
LG