Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:01
.
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

«Şərq qapısı»- 26.10.2013

Oktyabrın 25-də Naxçıvan şəhərində “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin yumurtalıq istiqamətində damazlıq quşçuluq təsərrüfatı istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

… Ali Məclisin Sədri demişdir: “Yumurtalıq istiqamətində damazlıq quşçuluq təsərrüfatının istifadəyə verilməsi də muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Dövlət dəstəyi ilə yaradılan bu təsərrüfat muxtar respublikada quşçuluğun inkişaf etdirilməsinə hesablanmışdır. Belə ki, yeni təsərrüfatın istifadəyə verilməsi muxtar respublikada idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın qorunmasına, eyni zamanda bu sahə üzrə fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının damazlıq yumurtaya olan tələbatının ödənilməsinə və rentabelliyin təmin olunmasına imkan verəcəkdir. Həmçinin istehsal sahəsinin yaradılması yeni iş yerlərinin açılması və məşğulluğun təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır”.

“Rentabelliyin təmin olunması hər bir istehsal sahəsinin inkişafında başlıca şərtdir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, quşçuluq təsərrüfatında rentabelliyin təmin olunması üçün lazımi şərait yaradılmış, müasir avadanlıqlar quraşdırılmışdır.

…Ali Məclisin Sədri muxtar respublikada fərdi quşçuluq təsərrüfatlarının inkişafının dəstəklənməsi, quşçuluq təsərrüfatlarının cins tərkibinin yaxşılaşdırılması və vaxtlı-vaxtında baytarlıq xidmətinin göstərilməsi barədə müvafiq tapşırıqlar vermişdir.

Növbəti əmək yarmarkasında 19 nəfərə işə göndəriş verilib

Dünən Culfa şəhərində növbəti əmək yarmarkası keçirilib. Tədbiri giriş sözü ilə açan Culfa Rayon Məşğulluq Mərkəzinin direktoru Ramiz Allahyarov muxtar respublikada əhalinin məşğulluğunun təmin olunması istiqamətində son illər həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. Qeyd olunub ki, şəhər və rayonlarımızda fəaliyyət göstərən məşğulluq mərkəzləri öz işlərini təmsil etdikləri bölgələrdə idarə, müəssisə və təşkilatlarla əlaqəli şəkildə quraraq boş iş yerləri haqqında məlumatlar toplayır, əmək yarmarkalarında həmin iş yerlərini qeyri-məşğul vətəndaşlara təqdim edirlər. Culfa Rayon Məşğulluq Mərkəzi də fəaliyyətini bu istiqamətdə qurub. Ötən illərdə mərkəzə müraciət edən yüzlərlə vətəndaş əmək yarmarkaları vasitəsilə özünə daimi iş yeri tapıb.

Tədbirdə çıxış edən işaxtaran vətəndaş Jalə Məmmədova dövlətimiz tərəfindən əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlər üçün minnətdarlığını bildirib.

Əmək yarmarkasında Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Yalçın Hüseynov qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində müvafiq tədbirlər həyata keçirilir. Qeyd olunub ki, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci il¬lər)”nın birinci mərhələsinin uğurlu icrası işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına gətirib çıxarıb. Muxtar respublikamızda da həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təminatında mühüm rol oynayır və muxtar respublika sakinləri tərəfindən onlara göstərilən böyük qayğı kimi dəyərləndirilir.

Yarmarkada 20 təşkilatdan 130 boş iş yeri iştirakçılara təqdim edilib. Tədbirdə 19 nəfərə işə göndəriş verilir.
XS
SM
MD
LG