Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:52

«Doing Business» hesabatında Azərbaycan iri addımlarla geriyə gedir


-
Dünya Bankı müxtəlif ölkələrdə işğüzarlığa şərait haqda növbəti “Doing Business 2014” hesabatını yayıb.

11-ci ildir ki, çıxan Doing Business hesabatına görə. Azərbaycanda iş görmək asanlaşmaq əvəzinə çətinləşir. Özü də bu, təmayülə çevrilib.

38-Cİ YERDƏN 70-Ə

Son 5 ilin Doing Business hesabatlarında Azərbaycanın tutduğu yerləri tutuşdursaq, 2010-cu ildə Azərbaycan dünyada 38-ci yerdə idi.

2011-ci ildə Azərbaycan 54-cü, 2012-ci ildə 66-cı, 2013-cü ildə 67-ci yerə düşdü.
Doing Business 2014 hesabatında isə Azərbaycan yenə geriləyib və bu dəfə 70-ci yerdədir.

Müqayisə üçün, Gürcüstan işgüzarlığa yaradılan şəraitə görə dünyada 8-ci yerdədir. Ermənistan 37-ci yerdə.

Dünyada iş görməyə şəraiti ən çox yaxşılaşdıran ölkə isə Ukraynadır. Sonrakı yerlərdə Ruanda, Rusiya gəlir.

Yeri gəlmişkən, Rusiyanın belə irəliləməsi ilə bağlı Financial Times Dünya Bankından Rita Ramalho ilə söhbət edəndə Ramalho deyib ki, Rusiya daha çox irəliləyə bilər, ancaq bunun üçün mentaliteti dəyişmək lazımdır.

Dünyada iş görməyə ən asan ölkə isə Sinqapurdur. Sonrakı yerlərdə Honq Konq, Yeni Zelandiya, ABŞ, Danimarka, Malayziya, Cənubi Koreya və Gürcüstan gəlir.

189 ölkəni əhatə edən Doing Business hesabatı hər ölkədə işgüzarlığa şəraiti 10 meyar əsasında müəyyən edir: Biznesə başlamağa tələb olunan vaxt, proseduralar və bunun haqqı, tikintiyə icazələr, öz obyektinə işıq çəkdirmək, əmlakı qeydiyyata aldırmaq, kredit ala bilmək, qoyulan sərmayənin müdafiəsi, vergilər, sərhəddi keçməklə ticarət, müqavilələri həyata keçirmək və mübahisələri həll etmək.

AZƏRBAYCAN DÜNYADA 181-CİDİR

Azərbaycanın dünyada ən geridə olduğu sahələrdən biri tikinti icazələridir – Azərbaycan 189 ölkə arasında 180-ci yeri tutub. Azərbaycanda tikintiyə icazə almaq üçün 28 prosedura lazımdır, 212 gün də vaxt.

Bundan da pis vəziyyətdə olan sahə öz obyektinə işıq çəkdirməkdir. Azərbaycan 181-ci yerdədir. İşıq çəkdirməyə 241 gün vaxt gedir.

Azərbaycanda iş görməyə mane olan 3-cü ən pis sahə gömrükdür. Azərbaycan xarici ticarət sahəsindəki vəziyyətə görə 168-ci yerdədir.

Azərbaycanda işgüzarlığa yaradılan şəraitə görə yaxşı olan sahələr hansılardır?
Biznesə başlamaq Azərbaycanda asandır – Azərbaycan dünyada 10-cu yerdədir.

Əmlakı qeydiyyata aldırmağın asanlığına görə Azərbaycan dünyada 13-cü yerdədir.

Azərbaycan investorların qorunmasına görə dünyada 22-ci, kredit almaqla bağlı vəziyyətə görə 55-ci, vergilərə görə 77-cidir. Biznes mübahisələrinin həllinə görə isə 86-cı yerdədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG