Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:52
.
İlham Əliyev Gürcüstanın yeni seçilmiş prezidenti Giorgi Margvelashvilini təbrik edib. AzərTAc-ın məlumatına görə, dövlət başçısı yazır:
- Hörmətli cənab Margvelashvili, Gürcüstan prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycanla Gürcüstan arasında tarixən təşəkkül tapmış mehriban qonşuluq və dostluq münasibətlərinin genişlənməsi və əməkdaşlığımızın hərtərəfli inkişafı məmnunluq doğurur.
Əminəm ki, ölkələrimiz arasındakı bu ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri, strateji tərəfdaşlığımız və çoxşaxəli əməkdaşlığımız xalqlarımızın və ölkələrimizin rifahı, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da hərtərəfli inkişaf edəcək və möhkəmlənəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG