Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:57
-

Şeir və hekayələrinin AzadlıqRadiosunun “Oxu zalı”nda çap olunmasını istəyirsən?

Noyabr ayından yenilənmiş qaydalarımız qüvvəyə minir.

Bundan sonra qəbul etdiyimiz şeir və hekayələri ayda 1 dəfə yox, 2 dəfə toplayaraq imzasız olaraq Münsifə yollayacağıq.

Əsərlər hər ayın 1-də və 15-də Münsifə göndəriləcək və onun çapa münasib bildiyi əsərlər “Oxu zalı”na yerləşdiriləcək.

Münsifin göndərilən əsərləri oxuyub dəyərləndirmək üçün 1 həftə vaxtı olacaq.

Redaktor onun seçiminə müdaxilə etmir.

İndiyəcən bu işdə konkret qrafikin olmaması bəzi yazarlarda haqlı narazılıq yaradırdı.

Əsərlərinizi bu ünvana yollaya bilərsiniz: oxuzali@azadliqradiosu.az

Bu qaydalar kimliyindən, ictimai mövqeyindən, vəzifəsindən asılı olmayaraq bütün yazarlara bərabər şərait yaratmaq məqsədi güdür.

Kiminsə Yazıçılar Birliyində İdarə Heyətinin üzvü olması, daim televiziyalarda çıxışlar etməsi, yaxud məşhur köşə yazarı, müxalifət fəalı olması nəzərə alınmır.

Yeni qayda axır 4 ildə “Ədəbi Azadlıq” müsabiqələrinin finalçısı olmuş yazarlara aid deyil, onların əsərlərini yenə də dərhal çap edəcəyik. Amma redaksiya bəzən zəif saydığı əsəri çap etməmək haqqını da özündə saxlayır.

Bundan başqa redaktor özünü şair, hekayəçi kimi çoxdan təsdiqləmiş və yaradıcılığı çoxluq tərəfindən mübahisə doğurmayan az sayda yazarı da dərhal çap edə bilər.

Oxucular bu seçimlə bağlı rəy və iradlarını bildirə bilərlər. Onların istəyilə bu qayda da dəyişdirilə, ləğv edilə bilər.

Romançıları həvəsləndirmək üçün yeni qaydaları təzə romanlara aid etməmişik.

Müəlliflər öz yeni (çap edilən, yaxud çapa hazırlanan) romanlarından yığcam bir parçanı “Oxu zalı”na göndərə bilərlər. Məmuniyyətlə çap edərik.

Günün bütün mövzuları

XS
SM
MD
LG