Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:55
-
Xəbər verdiyimiz kimi, sentyabrda tarix elmləri doktoru, professor Cəmil Həsənli Türk Tarix Kurumunun fəxri üzvü (Şərəf Üyəsi) seçilib.

Bu barədə qurumun başqanı professor, doktor Mehmet Metin Hülagü prezident seçkiləri ərəfəsində Cəmil Həsənliyə ünvanlanan məktubunda məlumat vermişdi.

Cəmil Həsənlinin proqramımıza bildirdiyinə görə, fəxri üzv diplomu ona Türk Tarix Kurumunun oktyabrın 30-da İstanbulda «Çırağan» otelində düzənlənəcək təntənəli mərasimində təqdim olunacaq.

Dünyanın nüfuzlu tarix cəmiyyətinin fəxri üzvü seçilmək Azərbaycan elminin mühüm uğuru sayılmalıdır.

Xatırladaq ki, indiyədək iki Azərbaycan tarixçisi – mərhum akademik Ziya Bünyadov və professor Süleyman Əliyarlı bu yüksək tarix cəmiyyətinin fəxri üzvləri seçiliblər.

Təqdimat mərasimində Cəmil Həsənlinin Türkiyə Cümhuriyyətinin 90 illiyi ilə bağlı Türk Tarix Kurumunun üzvləri qarşısında nitq söyləyəcəyi gözlənilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG