Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:17

Güclü qasırğa Britaniya və Niderlandda 3 adamın ölümünə səbəb olub


Britaniya, Niderland və Fransanın şimalında güclü qasırğa 3 adamın ölümünə səbəb olub. Onlardan ikisi Britaniyada, biri isə Niderlandda, Amsterdamda yıxılan ağacın altında qalıb.

Uelsdə və İngiltərənin cənubunda küləyin sürəti saatda 160 km-ə çatıb. 270 min ev Britaniyada işıqsız qalıb. Eyni vəziyyət Fransanın şimalındadır.

Londonun mərkəzində qaldırıcı kran aşıb. Britaniyada son 10 ildə belə güclü qasırğa olmayıb.
XS
SM
MD
LG