Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:13

Mehriban Əliyevanın sədrliyi ilə Avropa Oyunları ilə bağlı toplantı keçirilib


-
«Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları Avropa idman hərəkatında yeni dövrün başlanğıcı, Azərbaycan isə bu tarixin ilk səhifəsini yazan ölkə olacaq».

Bunu 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Əlaqələndirmə Komitəsinin ikinci toplantısında Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva deyib.

Mehriban Əliyeva bildirib ki, Azərbaycan hökuməti oyunlara hərtərəfli dəstək verir, onun uğurla keçməsi və Avropa idmançılarının parlaq çıxışları üçün əlindən gələni edir.

Artıq idman yarışlarının cədvəl layihəsi tərtib olunub, oyunlarda iştirak edəcək rəsmilərin, idmançıların, həmçinin medalların sayı və yarışların baş tutacağı günlər nəzərdən keçirilib. İdman tədbirlərinin təşkil olunacağı məkanların siyahısı tamamlanıb, maliyyə məsələləri təhlil olunub.

Mehriban Əliyeva çıxışında Olimpiya şəhərciyində aparılan işlər haqqında da danışıb. Deyib ki, media şəhərciyinin inşa ediləcəyi yer müəyyən olunub. Avropa Olimpiya Oyunlarının rəsmi internet saytının ilkin versiyası yaradılıb, kommunikasiya strategiyası işlənilib, oyunların yayımı məsələsi ilə bağlı razılıq əldə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG