Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:17

Naxçıvanda insan hüquqlarına dair seminar keçirilir


-
Oktyabrın 28-də Naxçıvan şəhərində “Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları. Hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair” ikigünlük Beynəlxalq seminar işə başlayıb. Bu haqda Azərbaycan Hüquqşünasları Konfederasiyasının(AHK) Mətbuat Xidməti məlumat verib.

Seminarın Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun dəstəyi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlğı və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə keçirildiyi bildirilir.

Seminarda Naxçıvan Ali Məhkəməsinin sədri Ramiz Süleymanov Muxtar Respublikasında aparılan Məhkəmə Hüquq islahatları barədə çıxış edib.

AHK İdarə Heyətinin sədri, deputat Əli Hüseynli isə qeyd edib ki, konfrans İnsan hüquqları üzrə Avropa Məhkəməsinin president hüququnun öyrənillməsi cəhətdən çox əhəmiyyətlidir.

Müzakirələrin əsas mövzusu “Avropa İnsan Hüquqları Konvensiyasının dövlətdaxili məhkəmələr üçün əhəmiyyəti”, “Konvensiyanın dövlətdaxili hüquq sistemi üçün əhəmiyyəti və qanunvericilik sistemində iyerarxiya baxımından tutduğu yer”, “Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının məcburiliyi ” haqqında olub.

Beynəlxalq seminar oktyabrın 29-da davam edəcək.
XS
SM
MD
LG