Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:32

Arşınmalçı--bu dəfə yenə Ankarada...


Ankara Dövlət Opera və Balet Teatrının afişası

Ankara Dövlət Opera və Balet Teatrının afişası

-
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası yaranmasının 100-cü ildönümündə Ankara Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub.

Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, tamaşanı Əməkdar incəsənət xadimi Azərbaycan Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev səhnələşdirib.

Ankara Dövlət Opera və Balet Teatrının simfonik orkestrinə Mustafa Ərdoğan dirijorluq edir.

Tamaşada Gülçöhrə rolunu Dolun Erdener, Əsgəri isə Emrah Sözər ifa edir.

Azərbaycan milli rəqslərini tanınmış xoreoqraf Dəniz Çığ hazırlayıb.

Ankara Opera və Balet Teatrının saytında tamaşanın oktyabrın 29-da, noyabrın 10-u, 17-si və 19-da göstəriləcəyi bildirilir.

Operettanı daha öncə 1985-ci ildə Ankara Dövlət Opera və Balet Teatrında mərhum rejissor Vaqif İbrahimoğlu da səhnələşdirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG