Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:32

Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı AGTT-nin qonağı olacaq


Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı

Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı

-
“Qarşılıqlı qastrol səfərləri haqqında”kı müqaviləyə əsasən Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, səfər bu ilin noyabrın 21-dən – 24-dək gerçəkləşdiriləcək.

Qastrol müddətində qonaqlar M. Suponinin “Koza Dereza” tamaşasını noyabrın 22-də saat 15-00-də, noyabrın 23-ü və 24-də saat 12.00-də, 14.00-də və 16.00-da nümayiş etdirəcək.


Tamaşanın rejissoru S.Taraskin, teatrın bədii rəhbəri Y.Koçetkovdur.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daha əvvəl, bu il oktyabrın 1-dən – 3-dək Həştərxanda qastrol səfərində olub

Günün bütün mövzuları

XS
SM
MD
LG