Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:42

T.Bağırov baş prokurora Orxan Zeynalov kimi ona da işgəncə verildiyini xatırladır [Video]


-
Oktyabrın 28-də Sabunçu Rayon Məhkəməsində ilahiyyatçı Taleh Bağırovun məhkəməsi başlayıb.

AzadlıqRadiosu müxbirinin verdiyi xəbərə görə, məhkəmənin ətrafında 20 polis maşını və çox sayda polis əməkdaşı olub.

Polis «Taleh Bağırova azadlıq!», «Allahu-əkbər!» şüarı səsləndirən 10-a yaxın dindarı saxlayıb və jurnalistlərin olayı görüntüləməsinə əngəl törədib.

Vəkil Taleh Bağırovun dəmir barmaqlıqlar arxasından çıxarılıb yanında oturması və məhkəmənin geniş zalda, hüquq müdafiəçiləri və jurnalistlərin iştirakı ilə keçirilməsi barədə iki vəsatət qaldırıb. Vəsatətlər təmin olunmayıb.

Məhkəmənin ədalətsiz keçirildiyini bildirən T. Bağırov buna cavab olaraq «vəsatətlərimizi xalq təmin edəcək» sözlərini söyləyib.

Taleh Bağırov qeyd etdi ki, Moskvada Orxan Zeynalovun həbsinə münasibət bildirdiyi halda baş prokuror Zakir Qaralov Azərbaycanda ona işgəncə verilməsinə biganə qalır.

Məhkəmə oktyabrın 31-də davam edəcək. Saxlanan 10 nəfər Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsinə aparılıb.

Taleh Bağırov bu il martın 31-də tutulub. O, qanunsuz narkotik vasitə saxlamaqda suçlanır.

O, daha öncə - 2011-ci il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilən hicab aksiyası zamanı həbs olunmuş, ilyarım müddətinə azadlıqdan məhrum edilmiş və 2012-ci ilin noyabrında azadlığa buraxılmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG