Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:34

Azərbaycan enerji davamlılığı indeksi üzrə reytinqdə 81-ci yeri tutub


Ümumdünya Energetika Konqresi

Ümumdünya Energetika Konqresi

-
Azərbaycan Ümumdünya Energetika Konqresinin (The World Energy Council) enerji davamlılığı indeksi üzrə reytinqdə 129 ölkə arasında 81-ci yeri tutub.

Ümumdünya Energetika Konqresinin hesabatında deyilir ki, ölkələrdə energetikanın müqayisəli analizi ilə 3 amil əsasında verilir: enerji təhlükəsizliyi, əhaliyə elektrik enerjisinin əlçatanlığı, sahənin ekolojiliyi.

Hər istiqamətdə uğurdan asılı olaraq ölkələrə А-dan D-ə reytinq verilib. Azərbaycan BCD reytinqi alıb.

Hesabatda Azərbaycan enerji təhlükəsizliyi üzrə 32-ci yeri tutub. O, Ermənistan (95-ci), Gürcüstan (106-cı) və Türkiyəni qabaqlayıb (64-cü yer).

Əhaliyə elektrik enerjisinin əlçatanlığı reytinqində Azərbaycan 74-cü, ekoloji davamlılıqda 98-cidir.

AAA reytinqi bu il 5 ölkəyə verilib: İsveçrə, Danimarka, İsveç, Böyük Britaniya və İspaniya.

Ümumdünya Energetika Konqresi BMT yanında akkreditə edilib və energetika üzrə lider və ekspertləri birləşdirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG