Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:39

Mikheil Saakasvili iqtidarı sona çatır


.
Gürcüstanda keçirilən prezident seçkiləri ilə bağlı səslərin 70 faizi artıq hesablanıb.

Hakim “Gürcü arzusu” koalisiyasının namizədi, 44 yaşlı Giorgi Margvelashvili səslərin 62 faizini yığıb.

Onun ən yaxın rəqibi “Vahid milli” hərəkatının namizədi Davit Bakradze 22 faiz səs toplayıb.

Parlamentin keçmiş spikeri Nino Burdhzanadze isə səslərin 10 faizini toplaya bilib.

Səslərin 50 faizini yığan namızədlər birinci turdan keçmək imkanı qazanır.

Artıq Davit Bakradze Margvelashvilni təbrik edib. Nino Burdhzanadze isə səsvermənin gedişindən narazılığını bildirib.

2003-cü ildə Qızılgül İnqilabı ilə hakimiyyətə gələn Mikheil Saakasvili iqtidarı demək olar ki, sona çatır.

Giorgi Margvelashvili baş nazir müavini, elm və təhsil naziri vəzifəsində çalışıb. Fəlsəfə elmləri doktorudur. Gürcüstan hökumətində 2012-ci ildən təmsil olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG