Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:28

Müsavat Partiyası əfv fərmanının ümidləri doğrultmadığını deyir


.
Müsavat Partiyası Qurban bayramı ərəfəsində verilən əfv fərmanının ümidləri doğrultmadığını bildirib.
Bu barədə Müsavat Partiyası Məclisinin oktyabrın 27-də yaydığı bəyanatda bildirilir.
Bəyanatda deyilir ki, əfv olunanların siyahısına siyasi məhbus sayılan, lakin seçkilərdə İlham Əliyevi dəstəkləyəcəyini bəyan edən Fərhad və Rafiq Əliyev qardaşlarından başqa kimsənin daxil edilməməyi bu fərmanının siyasi konyukturaya hesablandığını təsdiqləyir.
Partiya hesab edirlər ki, Tofiq Yaqublu və REAL hərəkatının rəhbəri İlqar Məmmədovun oktyabr ayının 23-dən Bakı İstintaq Təcridxanasından daha pis şəraiti olan Gəncə İstintaq Təcridxanasına aparılması bu şəxslərə qarşı başlanmış təzyiqlərin davam etməsindən xəbər verir: “Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun həbs müddəti oktyabrın 23-də bitdiyi halda, hələ də həbsdə saxlanılması və bu qanunsuzluğun məhkəmə tərəfindən tanınması hüquqi nihilizmdir”, -deyə açıqlamada göstərilir.
Müsavat Məclisi həbsdə olan bütün siyasi məhbusların, o cümlədən Tale Bağırzadənin, Möhsün Səmədovun, Pərviz Həşimlinin, Binə Ticarət Mərkəzində baş verən hadisələrlə bağlı və İsmayıllı hadisələri zamanı günahsız olaraq həbs olunan digər şəxslərin azadlığa buraxılmasını tələb edir.
XS
SM
MD
LG