Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:36

Milli Şuranın 27 oktyabr mitinqi başa çatdı- [Video- Foto]

Bakıda Milli Şura etiraz mitinqi keçirib. Mitinq iştirakçıları 9 oktyabrda hakimiyyətin prezident seçkilərini saxtalaşdırdığını bildiriblər. AzadlıqRadiosu əməkdaşları mitinqi canlı izləyib.

22:30 27.10.2013
Milli Şuranın 27 oktyabr mitinqi (əvvəldən sonadək)
Gözlə

No media source currently available

0:00 0:05:36 0:00
19:29 27.10.2013
17:27 27.10.2013
MİTİNQ BAŞA ÇATIB...

Mitinqin qətnaməsi oxunub. Qətnamədə bildirilib ki, azad mətbuata, Azadlıq qəzetinə edilən təzyiqlərə son qoyulsun, həbsdəki vicdan məhbuslarının azadlığa buraxılması üçün təcili tədbirlər görülsün.
Qətnamədə vurğulanır ki, 9 oktyabr seçkiləri ilə bağlı yerli və beynəlxalq müşahidəçilərin rəyləri nəzərə alınsın.
16:59 27.10.2013
Milli Şuranın vahid namizədi Cəmil Həsənli hazırda çıxış edir.

O, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun salamlarını çatdırıb. Deyib ki, Azərbaycan artıq 9 oktyabrdan əvvəlki Azərbaycan deyil.
Cəmil Həsənli çıxışında ötən mitinqdən sonra müxalif fəal Kəmalə Bənənyarlı ilə polisin bayraq davasından da danışıb, deyib ki, polis ondan bayrağı aşağı salmağı tələb eləsə də, Kəmalə xanım «bu mənim bayrağımdı» söyləyib və bayrağı endirməyib: «Öz bayrağına sahib çıxmağı bacardı!»

Cəmil Həsənli deyib ki, Azərbaycan hakimiyyəti daha bir addımı ilə 9 oktyabrla özünü dünyada rüsvay elədi: «Bu hakimiyyət vaxtından əvvəl inaqurasiya keçirdi. İnaqurasiyadan sonra təyin etdiyi hökümətə baxın, hamısı köhnələrdir. Əgər hakimiyyət getməsə, tezliklə Azərbaycan höküməti çökəcək.
Həbsdə olan siyasi məhbuslar demokratiya uğrunda mübarizələrinə görə həbs olunublar. Biz onların hər birinin adını burda çəkməliyik».
Cəmil Həsənli mitinqdə çıxış edərkən
Cəmil Həsənli mitinqdə çıxış edərkən

Davamı

XS
SM
MD
LG