Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:00

Gürcüstan seçkilərində Girogi Margelashvili qalib gəlir. Rəqibi onu təbrik edir


Gürcüstanda prezident seçkiləri keçirilir
Gözlə

No media source currently available

0:00 0:00:21 0:00

Gürcüstanda prezident seçkiləri keçirilir

.
Oktyabrın 27-si Gürcüstanda prezident seçkiləri keçirilib.

Exit poll 67-68 faizlə hakim koalisiyanın namizədi Giorgi Margvelashvili-nin qələbəsini göstərir. Cəmi 20%-ə yaxın səs qazanan Saakashvilinin hərəkatının namizədi David Bakradze məğlubiyyətini qəbul edərək rəqibini təbrik edib.

"Müxalifət lideri kimi mən hökumətlə əməkdaşlığa, ...xalqımızın daha yaxşı həyatı naminə əsas məsələlərdə yeni prezidentlə birgə işləməyə hazıram" - deyə Bakradze məğlubiyyətini etiraf etdiyi çıxışında bildirib.

Seçkilərdə 23 namizəd iştirak etsə də, əsas mübarizənin 3 siyasətçi arasında gedəcəyi gözlənirlirdi. Prezident Saakashvilinin təmsil olunduğu Milli Hərəkat Birliyinin nümayəndəsi Bakradze, baş nazir İvanishvilinin şəxsən təsdiq etdiyi «Gürcü Arzusu» koalisiyasının namizədi Giorgi Margelashvili və nəhayət Demokratik hərəkat - Birləşmiş Gürcüstan partiyasının lideri, Qızılgül İnqilabının liderlərindən olan Nino Burjanadze.
Son 10 ildə Gürcüstana rəhbərlik edən prezident Mikheil Saakashvili artıq postunu tərk edir. O bildirib ki, siyasi fəaliyyətini davam etdirəcək.

Parlament seçkilərində qələbə çalan, «Gürcü Arzusu» koalisiyasının lideri, baş nazir Bidzina Ivanishvili isə elan edib ki, prezident seçkilərindən bir neçə həftə sonra o, vəzifəsindən istefa verəcək.

Ekspertlər bu seçkilərdə rəqabətin az olduğunu qeyd edirlər. Səsvermədən əvvəl də sorğular «Gürcü Arzusu» koalisiyasının namizədi Giorgi Margvelashvilinin öndə ölduğunu göstərirdi. Lakin onun rəqiblərindən bu qədər aralanacağı ehtimal olunmurdu.

Gürcüstanda 3,5 milyon vətəndaşın səsvermə hüququ olduğu bildirir. Oktyabrın 27-də nə qədər gürcünün bu hüququndan istifadə etdiyi tezliklə məlum olacaq. Ekspertlər seçki fəallığının yüksək olduğunu bildirirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG