Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:38
-

Dünya futbolunun canlı əfsanəsi, İngiltərənin “Manchester United” klubunun keçmiş məşqçisi Alex Ferguson öz avtobioqrafik kitabını təqdim edib.


71 yaşlı Ferguson kitabında yazır ki, klubun keçmiş oyunçusu David Beckham-in dünya futbol tarixinin ən nəhəng ulduzları ilə eyni cərgəyə qoşula bilməməsinin əsas səbəbi onun... “Spice Girls” qrupunun üzvlərindən olan Victoria ilə ailə qurması olub:

"Onun Victoria-ya aşiq olması... mənim üçün böyük problemə çevrildi. Bu hər şeyi dəyişdi. O, futboldan kənarda məşhur olmağı öz missiyasına çevirdi” – yazan keçmiş məşqçi Beckham-in 2007-ci ildə İspaniyanın “Real” klubundan ABŞ-ın “LA Galaxy” komandasına keçməsini də tənqid edir, bununla Beckhem-in öz karyeasına zərbə vurduğunu qeyd edir:

“Onun Amerikaya getməsinin futbolla bağlı bir səbəbi yox idi. Beləliklə, sən ən yüksək səviyyəli futbolu atmış oldun. Sən ən yaxşı bacardığın işi atmamalısan”.
Britaniya - David Beckham və arvadı Victoria Şahzadə William-ın Kate Middleton ilə toyundan əvvəl, 2011

Britaniya - David Beckham və arvadı Victoria Şahzadə William-ın Kate Middleton ilə toyundan əvvəl, 2011


27 il ərzində "Manchester United"i 13 dəfə çempion etmiş Ferguson Beckham-ə ayaqqabı atmasını, bundan sonra da onun komandadan getməsinə qərar verməsini belə izah edib:

“David düşünürdü ki, o, Alex Ferguson-dan daha böyükdür. Məşqçinin adı heç bir əhəmiyətə malik deyil. Əsas sənin şöhrətindir”.

Buna baxmayaraq Ferguson Beckham-ə qarşı kin saxlamadığını yazır və ona “oğlu kimi” münasibət bəslədiyini qeyd edir.

Kitabda başqa futbolçu və məşqçilər haqda da mübahisəli fikirlər yer alıb. Kitab İngiltərədə birmənalı qarşılanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG