Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:22

Ramil Usubov Gəncədə şikayətçiləri qəbul edib


-
Oktyabrın 26-da daxili işlər naziri Ramil Usubov Gəncə şəhərində növbəti qəbul keçirib.

Bu barədə nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Gəncə və 8 ətraf rayondan, habelə Kəlbəcər və Xocalıdan olan şikayətçilər qəbul edilib.

Məlumata görə, müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Polisə aid olmayan ərizələrin isə aidiyyəti qurumlara göndəriləcəyi bildirilir.

Daha sonra nazir Kəpəz rayon Polis İdarəsinin yeni inzibati binasının açılışını edib.
XS
SM
MD
LG