Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:02

Azərbaycanlı deputatlar Gürcüstanda seçkiləri izləyəcəklər


-
Gürcüstanda prezident seçkisini Azərbaycandan 6 deputat müşahidə edəcək.

Bu barədə Milli Məclisin internet səhifəsində məlumat verilib.

Deputatlar Qənirə Paşayeva, Rasim Musabəyov və İlham Əliyev Azərbaycan parlamentinin müşahidəçiləri qismində, komitə sədrlərinin müavinləri Elton Məmmədovla Mirkazım Kazımov GUAM PA-nın, Azay Quliyev isə ATƏT PA-nın xətti ilə müşahidə aparacaqlar.

Deputatların səfəri oktyabrın 28-nə qədər davam edəcək.

Gürcüstanda prezident seçkiləri oktyabr 27-də keçiriləcək. Ölkə prezidentliyi uğrunda 23 nəfər mübarizə aparır.
XS
SM
MD
LG