Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:06

Fransa prezidenti İlham Əliyevi təbrik etdi


François Hollande
François Hollande
-
Fransa prezidenti François Hollande İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib.

Bu barədə oktyabrın 26-da AzərTAc məlumat yayıb.

Təbrikdə deyilir:

«Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinə sadiq qalaraq siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlığımızın inkişaf etməsini arzulayıram.

Eyni zamanda, noyabr ayının 29-da Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı Zirvə Görüşündə müzakirə mövzusu olan Azərbaycan ilə Avropa İttifaqı arasında yaxınlaşmanı diqqətdə saxlamanızı alqışlayıram.

Həmçinin, Sizi əmin edirəm ki, Fransa Minsk qrupunun həmsədri kimi uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə dəstək verməyə qərarlıdır».
XS
SM
MD
LG