Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:22

Sərhədçilərə hücumdan sonra 16 məhbusu asdılar


-
Oktyabrın 26-da İranın Zahedan həbsxanasında saxlanan 16 silahlı birləşmə üzvü asılıb. Sistan-Bəlucistan vilayətinin ədliyyə naziri Mohammed Marizeh deyib ki, onlar belə bir addımı sərhədçilərin öldürülməsinə cavab olaraq atıblar.

Oktyabrın 25-dən 26-a keçən gecə İran-Pakistan sərhədində silahlı birləşmələrlə toqquşmada 17 İran sərhədçisi öldürülüb, 5-i yaralanıb.

Marizeh deyib ki, onlar əvvəlcədən silahlı birləşmə üzvlərini istənilən hücumun cavabsız qalmayacağı barədə xəbərdar ediblər.

İran xarici işlər nazirinin müavini Ali Abdulla sərhədçilərin pusquya düşərək öldürüldüyünü, üç sərhədçinin də girov götürülərək Pakistana aparıldığını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG