Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:16

«Bulla-dəniz» yatağındakı yanğın söndürülüb


-
Xəzər dənizinin Azərbaycan hissəsindəki «Bulla-dəniz» yatağında açıq fontan baş vermiş 90 nömrəli quyu tam nəzarətə alınıb.

ARDNŞ-in məlumatına görə, 9 həftə əvvəl başlanmış yanğın oktyabrın 23-də qəzalı quyunun ağzında fontana qarşı avadanlıqların quraşdırılması nəticəsində söndürülüb.

Avqustun 17-də saat 23:00 radələrində «Bulla-dəniz» yatağında 5 868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Saat 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib.

Quyuda qazma işlərinə ötən ilin noyabrın 6-da başlanılıb (dənizin dərinliyi 26,5 metrdir).
XS
SM
MD
LG