Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:06

AB-dən xəbərdarlıq: qarşılıqlı etimadsızlıq terrorla birgə mübarizəyə ziyan vurur


-
Avropa Birliyinin sammiti yekun olaraq verdiyi bəyanatda xəbərdarlıq edir ki, qarşılıqlı etimadsızlıq terrorla mübarizəyə ziyan vurur.

ABŞ-ın öz müttəfiqlərinə qarşı casusluğu haqda şübhələr və bundan narahatlıq sammitdə əsas yer tutub.

Bundan əvvəl Fransa və Almaniya Vaşinqtonla danışıqlara çağırıblar ki, ABŞ-ın kəşfiyyat fəallığı ilə bağlı yeni “anlaşma” tapılsın.

İspaniyanın baş naziri Rajou deyib ki, ABŞ səfirini çağıracaq ki, ABŞ-ın İspaniyadakı kəşfiyyat fəallığı haqda səfir izahat versin. O deyib ki, ABŞ-ın belə fəallığının əlamətləri yoxdur. Ancaq izahat almaq istəyir.

Sammit həmçinin bildirib ki, noyabrın 28-29-da Vilnüsdfə Ukrayna ilə azad ticarət və assosiasiya sazişi bağlamağa Avropa Birliyi razıdır.

İki günlük sammitdə həmçinin immiqrasiya məsələlərinə toxunulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG