Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:01

Qətər əmirinin bacısı ilin ən nüfuzlu sənət adamı seçildi


Al-Mayassa bint Hamad bin Khalifa Al-Thani

Al-Mayassa bint Hamad bin Khalifa Al-Thani

-
«ArtReview» jurnalı hər il keçirdiyi «İlin ən nüfuzlu sənət adamı» siyahısını açıqlayıb.

Bu il siyahıya Qətər əmirinin bacısı, Qətər Muzeylər İdarəsinin rəhbəri Al Mayassa Hamad bin Khalifa al-Thani başçılıq edir.

«ArtReview» bu xanımın sənət əsərləri almaq sahəsində fəal siyasət yürütdüyünü qeyd edib.

Jurnalın yazdığına görə, son illər Al Mayassa Hamad bin Khalifa al-Thani-nin rəhbərlik etdiyi Qətər Muzeylər İdarəsi sənət əsərlərinə hər il 1 milyard dollar pul xərcləyir.
Məsələn, 2012-ci ildə bu təşkilat Sezann-ın «Kart oynayanlar» əsərinə bazar şərtlərinə görə rekord pul –250 milyon dollar ödəyib.

Bununla belə, jurnal xanımın Qətər incəsənətinin inkişafı yolunda xidmətlərini və başqa ölkələrlə əməkdaşlıq cəhdlərinə töhfə verdiyini də etiraf edib.

Al Mayassa Hamad bin Khalifa al-Thani-nin ən son proyekti bu il oktyabrın 8-də tanınmış ingilis rəssamı Damien Hirst-in əsərlərinin Qətərdə göstərilməsidir.

Ondan bir gün əvvəl isə Damien Hirst-in uşağın ana bətnindəki inkişafını təsvir edən «Sehrli səyahət» silsiləsi—14 bürünc heykəl Dohadakı xiyabana gətirilib.

Yaradıcının 3 ilə tamamladığı, çəkisi 216 ton olan bu heykəllər silsiləsi Al Mayassa Hamad bin Khalifa al-Thani--yə 20 milyon dollara başa gəlib.

Al Mayassa Hamad bin Khalifa al-Thani 1983-cü ildə doğulub. 2005-ci ildə Dyuk Universitetinin Siyasi elmlər və ədəbiyyat fakültəsinin bakalavr pilləsini bitirib.

Həmin vaxt o, Beynəlxalq Assosiasiyanın vitse-prezidenti, «Hiwar» təşkilatının vitse prezidenti, 2001-2002-ci illərdə BMT-nin nümayəndəsi olub.

O, Paris 1 Panteon-Sorbonna Universiteti və Paris Siyasi Təhqiqatlar İnstitutunda da təhsil alıb.

Kart oynayanlar. Paul Cezanne

Kart oynayanlar. Paul Cezanne

Günün bütün mövzuları

XS
SM
MD
LG