Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:09
Avropa Birliyinin sammitində Britaniya Avropa liderlərinə təzyiq edir ki, birlik daxilində “lazımsız, mənasız iqtisadi tənzimləmələri” aradan qaldırsınlar.

60 səhifəlik hesabatla və “Marks and Spenser” şirkətinin də rəhbəri daxil, Britaniya şirkətlərinin liderləri ilə Brüsselə sammitə gələn Britaniya baş naziri Cameron deyib ki, o, Almaniya kansleri Merkeldən, Avropa Komissiyasının sədri Barrosodan dəstək alıb.
Sammitin yekun sənədində də qeyd olunacaq ki, tənzimləmə yüngülləşməlidir.

Avropa Komissiyasının qaydalarına görə, məsələn, restoranlar zeytun yağını ağzı bağlı qablarda saxlamalıdırlar, açıq çənlərdə yox.

Başqa qaydaya görə, şirkətlər mütəmadi olaraq sağlamlıq və təhlükəsizlik hesabatları verməlidir.

Cameron deyir ki, təkcə bu qaydanın ləğvi Avropa Birliyinə ildə 2,7 milyard avronu qənaət etməyə imkan verəcək.
XS
SM
MD
LG