Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:25
-
Oktyabrın 28-i saat 17:00-da Teatr Xadimləri İttifaqında bu qurumun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə «2+1» Teatr Festivalı açılacaq.

Xəbəri Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi yayıb.

Festivalda Bakı Uşaq Teatrı 2 tamaşa ilə çıxış edəcək.

Festivalın açılışından sonra-- saat 18:00-da Bakı Uşaq Teatrı «Oyun» tamaşasını nümayiş etdirəcək.

Elçin Hüseynbəylinin eyniadlı əsəri əsasında hazırlanmış tamaşa ailə melodramıdır.

Tamaşada ailədaxili problemlər, qadın – kişi münasibətləri, maddi və mənəvi problemlər önə çəkilib.

Tamaşanın rejissoru Rəşad Nuridir.

Tamaşanın müddəti 1 saatdır. Rollarda Könül Şahbazova və Niyaz Qasımov çıxış edəcək.

Oktyabrın 29-u saat 18:30-da isə «Varyete» tamaşası nümayiş olunacaq.

Frans Kafkanın «Akademiya üçün hesabat» hekayəsinin əsasında Könül Şahbazovanın quruluş verdiyi tamaşada Kafkanın cismani və ruhi azadlıq problemləri haqqındakı düşüncələri önə çəkilib.

Sirkdə əhliləşdirilmiş şimpanze dilə gəlib insanlara müraciət edərək, sanki «insanlığa» qarşı üsyan edir...

Mono-tamaşada Niyaz Qasımov çıxış edir.

Festivalda Gənc Tamaşaçılar Teatrı, İrəvan Dövlət Teatrı, «Yuğ» Dövlət Teatrı, Qusar Dövlət Dram Teatrı, Mingəçevir Dram Teatrı, Şuşa Musiqili Dram Teatrı və Bakı Satira Teatrı tamaşalar göstərəcəklər.

Tbilisi Dövlət Azərbaycan Dram Teatrı festivala qonaq dəvət olunub.

Tamaşalar Aktyor Evinin tamaşa zalında göstəriləcək.

Festival ilk dəfə 2011-ci ildə keçirilib.

Festivalın məqsədi gəncləri yeni yaradıcılıq axtarışlarına cəlb etmək, onların təşəbbüslərini qiymətləndirməkdir.

Festival noyabrın 6-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG