Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:10

Prezidentin qızına görə konsertini ləğv etdi


Lara Fabian
Lara Fabian
-

Məşhur müğənni Lara Fabian Özbəkistandakı konsertini ləğv edib.

Facebook-da yaydığı mesajda o özünün repressiv rejimin müsbət imicini yaratmaq üçün “vitrin kimi” istifadə edilməsindən şoka düşdüyünü yazıb.

Fabian bildirib ki. Daşkənddə təşkil olunan mədəniyyət festivalının Özbəkistanın avtoritar prezidentinin qızı Gülnarə Kərimova tərəfindən təşkil edildiyini biləndən dərhal sonra konserti ləğv etmək qərarı verib.

Müğənni qeyd edib ki, o, təməl insan haqlarını pozan rejimləri heç zaman dəstəkləməyib.

43 yaşlı Fabiana görə, avtoritar ölkədə konsertlə çıxış etməklə insan haqlarını pozanların birbaşa təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək arasında fərq var.

Kərimova festivalı 2006-cı ildən bəri keçirir.
XS
SM
MD
LG