Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:24

Avropa Birliyi: Washington casusluq qaydalarını razılaşdırsın


.
Avropa Birliyi bildirir ki, Fransa və Almaniya Washingtonu casusluq qaydalarını razılaşdırmağa çağırıb. Bundan əvvəl ABŞ-ın Almaniya kansleri Angela Merkelin mobil telefonunu dinləməsi barədə xəbərlər yayılıb.
Avropa Birliyinin prezidenti Herman Van Rompuy cümə günü səhər bildirib ki, liderlər “Fransa və Almaniyanın Washingtonla bu ilin sonunadək kəşfiyyat toplamağa dair ikitərəfli danışıqlar” aparmaq niyyətini qeyd ediblər. Van Rompuy AB samitinin birinci günündən sonra danışıb.
Cümə günü səhər ayrıca bəyanatda AB liderləri “Avropa və ABŞ arasında yaxın əməkdaşlıq və tərəfdaşlığın dəyərini vurğulayıblar”.
Britaniyanın “Guardian” qəzeti Washingtonun dünyanın 35 liderinin telefon danışıqlarının dinlənilməsi barədə məlumat yayıb. AB-nin cümə günü keçirilən samitində immiqrasiya problemlərin müzakirə olunacaq. Hazırda Aralıq dənizindən Avropaya keçən zaman həlak olan qaçqınların sayı artmaqdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG