Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:28

«Azadlıq» qəzetinin bank hesabına həbs qoyulub


-
«Azadlıq» qəzeti bank hesabına həbs qoyulduğunu bildirir.
«Bildiyiniz kimi, Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova «Azadlıq» qəzetinə qarşı iddia qaldırmışdı. Məhkəmə qəzetin 32000 manat miqdarında cərimələnməsi haqqında qərar qəbul etmişdi. Oktyabrın 14-də məhkəmə qəzet qarşısında həmin məbləğin 10 gün ərzində ödənilməsi tələbini qoymuşdu. Qəzetin çox ağır maliyyə vəziyyətində olduğu vaxtda belə bir tələbin yerinə yetirilməsinin mümkünsüzlüyü hamıya bəllidir. Buna baxmayaraq artıq qəzetin bank hesabına həbs qoyulub»- deyə məlumatda bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG