Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:55
.
«Diffamasiya haqqında» qanun layihəsinin Azərbaycan Milli Məclisinin payız sessiyasında müzakirəsi təxirə düşüb. Parlamentdən APA-ya verilən məlumata görə, buna səbəb Avropa Şurasının Venesiya Komissiyasının son rəyidir.
Venesiya Komissiyası rəyinin Azərbaycan tərəfinin rəyi ilə üst-üstə düşməməsi qanun layihəsi ətrafında dialoqa mənfi təsir edib, bu səbəbdən sənədin qəbulu ləngiyir.
Komissiya oktyabrın 14-də açıqladığı rəydə bu layihənin «ölkənin bu sahədə öhdəliklərinə tam uyğun olmadığını» vurğulayırdı.
Qurumun mövqeyinə görə, «layihə, yerli qanunvericilikdən tam təcrid olunmuş hazırlanıb və diffamasiyanın dekriminallaşdırılması yönündə heç bir irəliləyiş əldə olunmayıb».
Mayda Venesiya Komissiyasına göndərilmiş layihədən diffamasiya görə cəzaları müəyyənləşdirən və mənəvi zərərə görə kompensasiyaları məhdudlaşdıran maddələr çıxarılmışdı.
Azərbaycan hələ ötən ilin sonunadək bu qanunu qəbul etmək öhdəliyi götürmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG