Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:22

M. Khodorkovsky-nin həbsindən 10 il ötür


M. Khodorkovsky məhkəməyə gətirilən zaman

M. Khodorkovsky məhkəməyə gətirilən zaman

.
Bu gün rusiyalı neft maqnatı M. Khodorkovsky-nin (Mixail Xodorkovski) həbsindən on il keçir. Vaxtilə Rusiyanın ən varlı şəxsi 2003-cü il oktyabrın 25-də həbs olunub. Vergidən yayınmaqda ittiham olunub və səkkiz il həbs cəzası alıb.
2010-cu ildə isə özünün Yukos neft şirkətindən oğurluq ittihamıyla ikinci həbs cəzasına məhkum edilib. Xodorkovskinin 2014-cü ilin avqustunda buraxılacağı gözlənir, ondan bir neçə ay əvvəl həbs olunmuş biznes tərəfdaşı Platon Lebedev isə 2014-cü ilin mayında buraxılacaq.
Ancaq Khodorkovsky-nin tərəfdarları ehtiyatlanır ki, onu barmaqlıqlar arxasında saxlamaq üçün yeni ittihamlar hazırlansın. Ona qarşı bütün ittihamlar siyasi motivli hesab edilir.

M. Khodorkovsky Vladimir Putinin ən kəskin tənqid edənlərdən biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG