Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:34

Azərbaycanın müdafiə nazirliyində kadr dəyişiklikləri edilib


APA-nın hərbi mənbələrə istinadla verdiyi məlumata görə, general-mayor Ramiz Tahirov yeni nazir müavini və Hərbi Hava Qüvvələrinin komandanı təyin edilib.

Agentliyin məlumatına görə, Hərbi Hava Qüvvələrinin əvvəlki komandanı, general-mayor Altay Mehdiyev və Müdafiə Nazirliyinin İnspeksiya İdarəsinin rəisi, general-mayor Məmməd Beydullayev vəzifələrindən azad ediliblər.Beydullayevin yerinə isə polkovnik Fəxrəddin Cəbrayılov təyin olunub.

Fəxrəddin Cəbrayılova 1995-ci ildə prezidentin fərmanı ilə Milli Qəhrəman adı verilib.
XS
SM
MD
LG