Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:31

Bakıdakı caz festivalına Gérard Depardieu də qatıldı


Gerard Depardieu
Gerard Depardieu
-
Bakıda Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən növbəti Beynəlxalq Caz Festivalı açılıb.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Beynəlxalq Muğam Mərkəzində keçirilən mərasimi telejurnalist Rahib Azəri açıb.

O bildirib ki, festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam və Bakı Caz mərkəzləri, eləcə də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında dünya şöhrətli musiqiçilər - Kenny Garrett, Avishai Cohen, Marcus Miller, Bob James, David Sanborn və başqalarının çıxışları gözlənilir.

Azərbaycanın tanınmış ifaçıları - Salman Qəmbərov, Emil Əfrasiyab, Mircavad Cəfərov və digər istedadlı gənc caz musiqiçiləri də festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.

Festivalın açılış mərasiminə Fransanın görkəmli aktyoru Gérard Depardieu də qatılıb.

Bakı Beynəlxalq Caz Festivalı artıq 11-ci ildir keçirilir. Bu müddətdə dünya şöhrətli ifaçılar Azərbaycan paytaxtında çıxış ediblər.

Festivalın ilk günündə səhnəyə tanınmış kaliforniyalı saksofonçu Joshua Redman-ın kvarteti çıxıb. Kvartetə Aaron Goldberg (piano), Reuben Rogers (kontrabas), Gregory Hutchinson (zərb alətləri) daxildir.

Kvartet yeni caz kompozisiyaları və Joshua Redman-ın bu ansambl üçün yazdığı klassik caz bəstələrini, eləcə də onun 2013-cü ildə buraxılmış «Walking Shadows» adlı balladasayağı lirik musiqi albomundan seçilmiş əsərləri ifa edib.

Qrupun təqdim etdiyi caz kompozisiyalar alqışlarla qarşılanıb.

Festival noyabrın 2-dək davam edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG