Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:13

ABŞ-ın Almaniyanı da güddüyü bildirilir


Angela Merkel
Angela Merkel
ABŞ-ın Almaniyadak səfiri John Emerson casusluq qalmaqalına görə, xarici işlər nazirliyinə çağırılıb.

Söhbət ABŞ kəşfiyyatının Almaniyanın kansleri Abgela Merkelin telefon danışığını güdməsi ilə bağlı yayılmış məlumatlardan gedir. Səfir Almaniyanın xarici işlər naziri Gido Vestürvelle (Guido Westerwelle) ilə görüşüb.

Angela Merkelin özü isə dünən ABŞ prezidenti Barack Obama ilə danışıb və bildirib ki, bu cür hərəkət iki ölkə arasındakı etibara zərbə vura bilər.Obama isə Merkeli əmin edib ki, ABŞ kəşfiyyatı heç vaxt onun telefon söhbətinə qulaq asmayıb.

ABŞ kəşfiyyatının xarici ölkə vətəndaşlarının telefon danışıqlarını güdməsi bu gün Avropa Birliyinin Brüsseldə keçirilən sammitində əsas müzakirə mövzularından biri olacaq.

Sammitdə həmçinin Avropada qanunsuz miqrantlar problemi problemi müzakirə olunur.Son vaxtlar Cənubi Afrika və Yaxın Şərdən Avropa ölkələrinə gələn qanunsuz miqrantların sayı artıb.
XS
SM
MD
LG