Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:05

Bakıda 4-cü Avropa Film Festivalı başlayır


.
Avropa İttifaqı Nümayəndəliyi (Aİ), Avropa İttifaqına Üzv Dövlətlərin Azərbaycanda təmsil olunmuş Səfirlikləri 4-cü Avropa Film Festivalı keçirəcək. Festivalda Aİ-na üzv olan 17 ölkədən və Azərbaycandan filmlər nümayiş olunacaq.
Festivala qatılacaq ölkələr arasında Avstriya, Belçika, Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya, İsveç və Birləşmiş Krallıq və bir Azərbaycan var.
Festival Bakının 3 kinoteatrında- Park Bulvar, Metro Park və Nizami Kinoteatrında keçiriləcək.
Hər film 2 sessiya ilə nümayiş etdiriləcək və bütün filmlərə giriş pulsuzdur.
Festival oktyabrın 30-dan noyabrın 6-dək davam edəcək.
Avropa Film Festivalları Aİ-nın Azərbaycandakı Nümayəndəliyi tərəfindən hər il Azərbaycanda təşkil olunur. Məqsəd Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasındakı mədəni əlaqələri qurmaq və onları inkişaf etdirmək, beləliklə, Avropa dəyərləri haqda olan anlayışı daha da artırmaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG