Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:12

İsmayıllıda köçkünlər «smart kart» sistemindən şikayətlənir


Poçt söbəsi - İsmayıllı
Poçt söbəsi - İsmayıllı
-
İSMAYILLIDA KÖÇKÜNLƏR "SMART KART" SİSTEMİNDƏN ŞİKAYƏTLƏNİR...

İsmayıllıda elektrik sayğacları dəyişdirilərək “smart kart” sisteminə keçilib. Ancaq bir sıra abonentlər, xüsusilə də qaçqın və məcburi köçkünlər bundan narazılıq edir.

Laçın rayonun köçkünü, hazırda İsmayıllı rayonu Cavanşir küçəsində kirayədə yaşayan, Füzuli Cəfərov da belə şikayətçilərdəndir:

“Köçkünlərə dövlət tərəfindən limit ayrılıb. Həmin limitdən əlavə karta pul köçürmək üçün hər ay poçtdan tələb edirlər ki, mütləq İsmayıllı elektrik idarəsindən arayış gətirməliyik. Əks halda pul yükləməkdən imtina edirlər.”

“MƏN ORA GETMƏK ÜÇÜN BEŞ MANATA TAKSİ TUTMALIYAM"

Füzuli Cəfərov qeyd edir ki, işıq idarəsi rayon mərkəzindən xeyli uzaqda yerləşir:

“Mən ora getmək üçün beş (5) manata taksi tutmalıyam. Neçə dəfə ora getmişəm, müdir yerində olmayıb. Hər dəfə deyirlər əraziyə çıxıb gələcək. Elə vaxt olub ki, iki saat gözləməli olmuşam. Hətta bir dəfə müdir gəlmədi, dedilər qonağı var. Təsəvvür edirsinizmi, həmin gecəni işıqsız keçirtdik. Axı belə olmaz, heç olmasa bu işi həyata keçirən adam işində olsun ki, ora gedən insanlar çox gözləməsinlər. Ya da ki, bunu elə poçtla həyata keçirmək üçün nə isə fikirləşsinlər. Daha dəyişikliyin nə faydası oldu? Üçqat həm pulumuz çıxır, yol gedib gəlməyə, həm də gözləməkdən əsəblərimiz korlanır. Elə hallar da olur ki, pulu ödəyirik ancaq hesaba oturmur, gecikir. Soruşanda da günahı kompyuterin üzərinə atırlar.”


İsmayıllı
İsmayıllı
“BU BİZƏ AİD DEYİL”

Rayon mərkəzi poçtunun rəisi Söhbət Pənahov isə deyir ki, bu məsələnin nə cür və hansı qayda üzrə həyata keçirilməsinin təmsil olunduğu təşkilata heç bir aidiyyatı yoxdur:

“Biz ancaq elektrik idarəsinin işçisinə burada yer ayırmışıq ki, bu işi həyata keçirsin. Niyə belədir, bu niyə belə olur, bu bizə aid deyil. Bizim işimiz ayrı, onlarınkı ayrı.”


“ARAYIŞ MÜTLƏQ VERİLMƏLİDİR”

İsmayıllı elektrik şəbəkəsi idarəsinin mühasibi Tahir Maqsudov isə iradlarla razılaşmır. Deyir ki, arayış mütləq alınmalıdır:

“Qaçqınlarda pulu dövlət ödədiyinə və bu pul köçürmə ilə gəldiyinə görə, arayışda yazılır ki, dövlət ona nə qədər limit veribsə o, limitə uyğun yüklənilsin. Əgər limitdən artıq işlədibsə, aparıb ödəniş edir. Onda hamı kimi ona da arayış lazım olmur. Ancaq limitə mütləq lazımdır. Çünki artıq proqramlaşmış sistemdir, arayış olmasa qəbul olunmur. Təşkilatlar da bu formada hərəkət edirlər. Ümumiyyətlə büdcə təşkilatları köçürmə ilə əməliyyat edirsə, yəni bankla o, mütləq arayış aparır ki, mən bankla əməliyyat etmişəm. Göstərilən məbləğ kartıma yüklənməlidir. Amma vətəndaşlar və yaxud özəl qurumlar hansı ki, köçürmə yox nağd işləyir, onlar pulu ödəyir. Əlinə mədaxil qəbzin alır, onun nömrəsi tarixi bazaya yazılır və vəsait karta yüklənir. Yəni sistem belə təyin olunub.”
XS
SM
MD
LG