Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:57

Nəşriyyat «Azadlıq»ın çapını dayandırmayacaq


Azadlıq qəzetinin redaksiyası

Azadlıq qəzetinin redaksiyası

.
«Azadlıq qəzetinin «Azərbaycan» nəşriyyatında çapı davam edəcək»- bu barədə
nəşriyyatın direktor müavini Bəsti İsmayılova «Media forum» bildirib.

Onun sözlərinə görə, «Azadlıq» qəzeti ilə razılığa gəlinib:

«Bu gün redaksiya müəyyən məbləğdə ödəniş etdi və qəzetin çapı dayandırılmayacaq».
«Azərbaycan» nəşriyyatı «Azadlıq» qəzetinə borcundan 3 min manat ödəməsi üçün oktyabrın 24-nə kimi vaxt qoymuşdu.

«Azadlıq» qəzetinin baş redaktor müavini Rahim Hacıyev oktyabrın 22-də mətbuat konfransı keçirib. R. Hacıyevin sözlərinə görə, «Azərbaycan» Nəşriyyatının rəhbərliyi növbəti dəfə «Azadlıq» qəzetininin qarşısında tələb qoyub. Nəşriyyata olan 20 min manat borcun azı 5 mini bir gün ərzində ödənməli idi.

«Azadlıq» qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin həftəlik nəşri kimi yaradılıb. İlk sayı həmin il dekabrın 24-də işıq üzü görüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG