Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:43

S.Novruzov: "Cəmil Həsənli və Elşad Abdullayev eyni medalın iki üzüdür"


Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın namizədi olmuş Cəmil Həsənlinin keçmiş ABU rektoru Elşad Abdullayevlə görüşünə münasibət bildirib:

S.Novruzov APA-ya açıqlamasında deyib ki, Cəmil Həsənli və Elşad Abdullayev eyni medalın iki üzüdür: «Onun Avropada Elşad Abdullayevlə görüşü də bundan irəli gəlir».

O, Elşad Abdullayev haqqında kifayət qədər mənimsəmə, qanunsuz orqan əməliyyatı və digər hüquqa zidd əməllərlə bağlı cinayət işi qaldırıldığını xatırladıb.

Siyavuş Novruzov bildirib ki, belə insanla görüş Cəmil Həsənlinin məqsədini, müxalifətin xislətini ortaya qoydu:

«Onlar üçün oğru, cinayətkar, Azərbaycanın əleyhinə işləyən, xalqın düşməni, kim olur olsun fərqi yoxdur, təki Azərbaycan iqtidarının düşməni olsun. Bunlar üçün bu qəbuldur. Cəmil Həsənlinin də missiyası bundan ibarətdir».

Günün bütün mövzuları

XS
SM
MD
LG