Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:14

"Bulla-Dəniz”dəki yanğın söndürülüb



Oktyabrın 23-də “Bulla-dəniz” yatağındakı 90 nömrəli quyunun ağzında fontana qarşı avadanlıqların quraşdırılması, quyunun nəzarətə götürülməsi üzrə aparılan əməliyyatlar uğurla başa çatıb və yanğın söndürülüb.

Hazırda quyudan atqı xətlərinin quyu monifolduna birləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Növbəti mərhələdə baş vermiş qəzanın tam aradan qaldırılması və quyudan çıxan məhsulun sistemə ötürülməsi təmin olunacaq.

Avqustun 17-də “Bulla-Dəniz” yatağındakı qaz quyusunda qəza və bunun ardınca yanğın olub.

Qaz yatağı Bakıdan 80 kilometr cənubda açıq dənizdə yerləşir. Qəzanın aradan qaldırılması ilə ARDNŞ və ABŞ-ın “BOOTS & COOTS” servis şirkəti mütəxəssisləri birgə işləyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG