Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:40

ADA-da «Təhlükəsizlik Şurası» toplanıb


Oktyabrın 21-də konfransöncəsi təlimlərlə başlayan tədbir oktyabrın 25-də başa çatacaq.
Oktyabrın 21-də konfransöncəsi təlimlərlə başlayan tədbir oktyabrın 25-də başa çatacaq.
-
Oktyabrın 23-də Bakıda BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulyasiya oyunlarına start verilib.

Gənclər və İdman Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü olan tədbir Azərbaycan Diplomatik Akademiyasında (ADA) keçirilir.

Simulyasiya oyununun əsas mövzusu «Kiber-təhlükəsizlik» seçilib.

BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edəcək 45 gənc, Azərbaycan reallıqlarını da gözə alaraq, beynəlxalq siyasi mövzuları müzakirə edəcək.

ADA-nın icraçı prorektoru Fariz İsmayılzadə tədbirin Azərbaycan üçün önəmindən söz açaraq bildirib ki, model-konfrans biçimində gerçəkləşdirilən oyunun obyekti kiber-təhlükəsizliyin pozulması ucbatından böhranla üzləşmiş «Afrikada yerləşən Tobanqo» ölkəsidir.

Oyunun şərtinə görə, «razılaşdırılmış sülh planının bəzi müddəalarının ictimaiyyətə sızması ilə ölkədə gedən vətəndaş müharibəsi daha da qızışdığından Təhlükəsizlik Şurasına üzv ölkələrdən həmin böhranın həllini tapmaq tələb olunur. Bu model-şura real BMT Təhlükəsizlik Şurası kimi günün istənilən saatında toplaşa, müzakirələr keçirə və müvafiq qərarlar qəbul edə bilər».

Təhlükəsizlik Şurasına prezidentlik beynəlxalq ekspert Hannah Musa-ya həvalə edilib. Müzakirələrdən sonra yekun qətnamə hazırlanacaq və səsə qoyulacaq. Rəsmi bağlanış mərasimində konfrans iştirakçılarına sertifikatlar veriləcək və daha sonra BMT Təhlükəsizlik Şurasını təmsil edən ölkələrin mədəniyyət gecəsi keçiriləcək.

Oktyabrın 21-də konfransöncəsi təlimlərlə başlayan tədbir oktyabrın 25-də başa çatacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG