Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:11

ADPU tələbələri rektorla görüşdən narazı qalıblar...


Azərbaycan Dövlət Pedoqoji Universitetin tələbələri etiraz zamanı (21 oktyabr)
Azərbaycan Dövlət Pedoqoji Universitetin tələbələri etiraz zamanı (21 oktyabr)
.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) etirazçı tələbələri oktybarın 23-də yenidən rektorla görüşüblər.
Bu dəfə də imtahanların keçirilmə qaydası ilə bağlı rəhbərliklə tələbələr arasında razılıq əldə olunmayıb. Bundan sonra tələbələr yenidən etiraz aksiyası keçirəcəklərini bəyan ediblər.
Universitetin rektoru Yusif Məmmədov AzadlıqRadiosuna müsahibəsində tələbələrin qaldırdıqları məsələlərin bəzilərinin nəzərə alınacağını deyib.
«Tələblərin arasında mütərəqqi məsələlər var. Onlar nəzərə alınacaq. İmtahanların formasında hər hansı dəyişiklik olmayıb. Biz sadəcə keyfiyyəti bir az artırmaq məqsədi ilə müəyyən üsullar haqqında fikirləşirik. Tələbələrin də bəziləri bununla razılaşmırlar. Çalışacağıq ki, tələbələrin istəklərindən çox da kənara çıxmayaq».

Son görüşdən tələbələrin narazı qalması və yenidən aksiya keçirəcəklərini bəyan eləməsinə gəlincə, rektor bundan xəbərdar olduqlarını bildirib:
«Bilirik, eşitmişik. Biz bir neçə fakültə ilə görüş keçirmişik, hərəsi bir fikir deyir, amma hesab edirəım ki, narazı olmazlar».
Oktyabrın 21-də ADPU-nin tələbələri smester imtahanlarının yazılı olmasına etiraz olaraq aksiya keçiriblər.

Tələbələr hesab edirlər ki, imtahanların yazılı olması rüşvətə yol açır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG